14 qanunsuz aptek aşkarlanıb

Ötən il Azərbaycanda 14 aptekin qeyri-qanuni işlədiyi aşkarlanıb.

Bu barədə «Trend»ə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Lisenziyası olmayan 7 aptek barəsində İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə protokol tərtib edilib.

Reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 6040 qutu, istifadə müddəti bitmiş 14 qutu dərman aşkar edilib. /Trend/