Ölkə ərazisində şaxtalı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, bu gün axşamdan paytaxtda yenidən zəif qar yağıntısı gözlənilir. Ölkə ərazisində şimal-şərq küləyi əsəcək.
Fevralın 10 və 11-də ölkə ərazisində havanın soyuq keçəcəyi proqnozlaşdırılır. Şimal küləyinin əsəcəyi gözlənilir. Paytaxtda və regionlarda qar yağacağı proqnozlaşdırılır. Ayın 10-da gündüz 0-2 dərəcə, gecə isə 5 dərəcəyə qədər şaxta olacağı gözlənilir. Fevralın 11-də gündüz 2 dərəcəyə qədər şaxta olacaq, gecə isə temperatur -5 olacaq.
Mərkəzi Aran reginonunda havanın yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensiv şimal qərb küləyi əsəcək. Gündüz temperatur 0-3, gecə -4-8 dərəcə olacaq.
Dağlıq ərazilərdə havanın tempraturu gündüz -5-10, gecə isə -15-dən -20-yə qədər enəcək.


