Türkiyədə növbəti terror aktı törədilib. Türkiyə mətbuatının məlumatına görə, İstanbulun Bakırköy qəsəbəsində avtomobil salonuna bomba atılıb. Hadisədən sonra baş verən silahlı qarşıdurmada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.
Məlumata görə, partlayışa ərazidə yerləşən “Cihan Pars” avtomobil qalereyasına gələn qrup ilə içəridəkilər arasında olan dava səbəb olub. Mübahisənin böyüməsi tərəflərin birinin əl bombası atması isə nəticələnib. Bu da bir nəfərin ölməsinə, bir neçə nəfərin yaralanmasına gətirib çıxarıb.
Faktla bağlı İstanbul polisi əməliyyat – axtarış tədbirlərinə başlayıb.