Rusiya səfirliyinin divarı uçub: 4 nəfər ölüb

keniya ucqunKeniyanın paytaxtı Nayrobi şəhərində yerləşən Rusiya səfirliyinin divarı üçüb. «RİA Novosti» agentliyinin məlumatına görə, hadisə nəticəsində divarın altında qalmış 4 nəfər dünyasını dəyişib.

Uçqun güclü yağışlardan sonra baş verib. Yağışdan gizlənməyə çalışan insanlar uçan divarın altında qalıb.