Roland Kobia: «Avropa Ittifaqı həbsxanada saxlanmalı olmayan bütün məhbusların azad edilməsini istəyir»
“Azərbaycan hökuməti ilə həbsxanada saxlanmalı olmayan bütün məhbusların azad edilməsi məsələlərinə dair daim danışıqlar aparırıq.
Bu məsələlər Avropa Ittifaqının müntəzəm keçirilən alt komitələrinin iclasları zamanı da qaldırılır”, – Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia “Turan”ın vicdan məhbusları ilə bağlı sualının cavabında bildirib. Yalnız Avropa Ittifaqı bu məsələlərlə məşğul olmur, eyni zamanda Avropa Şurasının da siyasi məhbuslar üzrə məruzəçisi var. Avropa Ittifaqı çalışır ki, Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser Azərbaycana gələ bilsin”, – o qeyd edib.
O, “Turan”ın toplaşma azadlığı ilə bağlı sualının cavabında deyib ki, son zamanlar insanlar toplaşıb sözlərini deyə bilir: “Ümid edirəm ki, insanlar bütün tərəflərin dəstəkləmədiyi fikirlərini də azad ifadə edə biləcəklər”.


