Fevralın 8-də Xaçmaz, Quba, Qusar və Şabran rayonlarına verilən elektrik enerjisi dayandırılıb. Yalnız strateji obyektlər elektrik enerjisi ilə təmin olunub. Xaçmaz Yüksək Gərginlikli Elektrik Şəbəkədən APA-ya verilən məlumata görə, elektrik enerjisinin verilməsində məhdudiyyətlərin yaranması barədə onlara “Azərenerji” ASC-dən göstəriş verilib. Xaçmaz Yüksək Gərginlikli Elektrik Şəbəkədən elektrik enerjisinin nə vaxt bərpa olunacağı barədə məlumat yoxdur.
Qeyd edək ki, “Azərenerji” ASC Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyətini dayandırıb.


