Vicdan məhbusuna dəstək üçün kitab aksiyası

Ictimai Palatanın 2 aprel mitinqində iştiraka görə həbs olunmuş vicdan məhbusu, AXCP Gənclər Komitəsinin ictimai əlaqələr üzrə koordinatoru Elnur Məcidliyə dəstək üçün kitabtoplama aksiyası başlayıb.
Aksiya fevralın 10, 11 və 12-də saat 13:00-dan 15:00-dək Nizami küçəsində, “Mc Donalds”ın qarşısında baş tutacaq. Aksiyanın təşkilatçıları gənc siyasi məhbusa kitab hədiyyə etmək istəyənləri göstərilən vaxtda həmin ünvana gəlməyə çağırır.
Elnur Məcidlinin atası Arzuman Məcidli bildirib ki, cəzaçəkmə müəssisəsində kitabxana olmadığı üçün Elnur oxumağa kitab tapmaqda çətinlik çəkir.
Xatırladaq ki, Elnur Məcidli 2 il azadlıqdan məhrum edilib.