İlqar Məmmədovun məhkəməsi sabah olacaq

ilqar-mammadovİlqar Məmmədov və Tofiq Yaqublu barədə Şəki Apelyasiya Məhkəməsinin qərarı aprelin 29-u saat 17-də açıqlanacaq. Məhkəmənin vaxtı qəfil dəyişib. Bundan əvvəl məhkəmənin mayın 3-də keçiriləcəyi elan olunmuşdu.

İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib ki, məhkəmədən ona zəng vuraraq vaxtla bağlı anlaşılmazlıq olduğunu bildiriblər.