mehman-aliyev-yeni1

Fransalı nazirin Qarabağ təklifi nələri nəzərdə tutur?

 

mehman-aliyev-yeni1Mehman Əliyev: «Madrid prinsipləri Azərbaycanın ərazi bütövlüyü və xalqların öz müqəddaratını həll etmə hüququna əsaslanır»

Aprelin əvvəlindən cəbhədə münaqişə yeni fazaya qədəm qoyandan problemin həll yolları barədə müxtəlif fikirlər səslənir. Onların sırasında xüsusilə Madrid prinsipləri üzərində dayanılır. “Fransa ATƏT-in Minsk qrupunun digər həmsədrləri – ABŞ və Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin ”beynəlxalq hüquq normalarına uyğun, Madrid prinsipləri və ərazi bütövlüyünə hörmət əsasında” həllinin tərəfdarıdır”. Bu barədə Bakıda keçirilən mətbuat konfransında Fransa XIN-in Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir bildirib.

Dezir bildirib ki, Fransa RF və ABŞ-la birlikdə münaqişənin uzunmüddətli həllini tapmağa can atır. “Biz Madrid prinsiplərinin tətbiq edilməsini istəyirik. Əsas güc tətbiqindən imtina, münaqişənin dinc yolla həllidir”.

Bəs, Madrid prinsiplərinin əsasını nə təşkil edir? Münaqişənin bu prinsiplərə uyğun həlli Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?

Madrid prinsiplərinin tezisləri

Madrid prinsipləri- Qarabağ münaqişəsininÿ həll edilməsi üçünÿ ATƏT-in Minsk qrupuÿ tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Madrid prinsiplərinə əsasənÿ Ermənistanın işğal etdiyi 7 rayonÿ Azərbaycana ÿqaytarılmalı, daha sonra isəÿDağlıq Qarabağ Muxtar Vilayətinin ÿstatusu müəyyən olunmalıdır.

Madrid prinsiplərinə əsasən ilk mərhələdəÿ Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsindəÿDağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağaÿ Rusiya Federasiyasıÿtərkibində ÿTatarıstanÿ vəÿ Başqırdıstanÿmodeli üzrə yüksək muxtariyyət statusu verilir.

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Madrid prinsipləri Azərbaycanın ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmə hüququna əsaslanır. M.Əliyevin sözlərinə görə, əgər tərəflər bu prinsiplər ətrafında razılığa gələrlərsə, o zaman bu həll yolunun həyata keçirilməsinin iki mexanizmi var. Birinci həll yolu 5 rayonun işğaldan azad edilməsi, münasibətlərin qurulması və sair: “Birinci həll yolunda referendumun keçirilməsi saxlanılır müəyyən bir vaxta. Ikinci həll yolu isə ”paket variantıdır”.  “Paket variantda” isə rayonların nə zaman boşalacağı, nə zaman refrendumun keçiriləcəyi dəqiq göstərilir. Sadəcə olaraq problem ondan ibarətdir ki, Madrid prinsiplərində əksini tapan iki prinsip – ərazi bütövlüyü və xalqların öz müqəddəratını həlli prinsipi ziddiyyət təşkil edir. Amma ATƏT-in Madrid prinsiplərinə əsaslanan və üç əsas komponentdən – Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını həll etmək hüququ, güc tətbiqindən imtinadan ibarət olan yol xəritəsi hazırlanarkən Əliyev yeni güzəşt təklifi – münaqişənin həllinin Tirol modelinin tətbiqi haqqında təklif irəli sürüb”.

M.Əliyevin sözlərinə görə, Tirola baş çəkən Əliyev şəxsən Cənubi Tirol probleminin həlli məsələsini və almandilli əksəriyyətin və italyandilli azlığın birgə dinc yaşaması təcrübəsini araşdırıb: “Cənubi Tirol və Dağlıq Qarabağ münaqişələri bənzərdir. Birinci halda Avstriya ilə həmsərhəd olan Italiyanın şimalında Cənubi Tirolda əksəriyyət – almandilli əhali, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda isə əhalinin əksəriyyəti ermənilərdir. Ikinci Dünya Müharibəsindən sonra Italiya və Avstriya arasında Cənubi Tirol uğrunda münaqişə yüksək muxtariyyət statusunun, yerli özünüidarənin verilməsi və muxtariyyət çərçivəsində bütün qərarların, hər birinin sayından asılı olmayaraq, yerli icmaların konsensusu şərti ilə qəbul edilməsi yolu ilə həll olunub. Region sabitlik və çiçəklənmə əldə edib ki, bu da sonradan Italiya və Avstriyanın Avropa Ittifaqına üzvlüyü ilə gücləndirilib”.

Xəyal