Savçenkonun Ukraynaya verilməsi prosesinə başlanılıb

Nadejda SavçenkoyaRusiyada həbsdə olan ukraynalı təyyarəçi Nadejda Savçenkonun Ukraynaya verilməsi prosesinə başlanılıb. Bunu onun onun vəkili Mark Feygin deyib.

“Ukraynada cəzasını çəkməyə razı olması ilə bağlı Savçenkonun ərizəsini almışam. Prosedura görə doldurulmaq üçün ona sənədlər verilməli idi. Bundan sonra prosesə start verilir. Güman edirəm ki, proses artıq başlayıb. Ancaq bu bir-iki ay vaxt aparacaq”, – deyə vəkil qeyd edib.

Məhbus təyyarəçinin bacısı ekstradisiya üçün lazımı sənədlərin artıq Savçenkoya çatdırıldığını təsdiqləyib.

azadlıq.info