«Azenko»da kütləvi ixtisarlar

Etibar Pirverdiyev müflisləşib?

Qaradağ rayonu ərazisində, Bakı-Qazax yolunun 21-22-ci kilometrliyində Xəzər denizinin sahilində hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş tikilinin inşasında çalışan fəhlələr heç bir əsas olmadan işdən çıxarılır.
Qeyd edək ki, bu layihənin icraçısı “Azenko” şirkətidir. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, şirkətin layihə üzrə rəhbəri Paşa Mədətov heç bir səbəb olmadan kütləvi ixtisarlara başlayıb. Ixtisarın səbəbi ilə maraqlananlara heç bir cavab verilmir. Məlumat üçün deyək ki, “Azenko” şirkəti “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.