Klinton Gürcüstana gəlir

ABŞ dövlət katibi Hillari Klinton yaxın günlərdə Gürcüstana səfər edəcək. Gürcüstan mətbuatının məlumatına görə, bunu ölkənin xarici işlər nazirinin birinci müavini Nikoloz Vaşakidze deyib. Nazir müavunu bildirib ki, Hillari Klinton Tbilisiyə ABŞ nümayəndə heyəti ilə gələcək və heyətə rəhbərlik edəcək. Səfər çərçivəsində iki ölkə arasında strateji əməkdaşlıq müzakirə ediləcək.
Bu, Hillari Klintonun ABŞ dövlət katibi postunda Gürcüstana ikinci səfəri olacaq. İlk dəfə Hillari Klinton 2010-cu ilin iyun ayında bu ölkədə olub.

azadlıq.info