ABŞ hərbi aviasiyası İŞİD-in Mosul şəhərində pullarının saxlanıldığı anbara hava zərbələri endirib. Bu barədə CNN məlumat yayıb.
ABŞ ordusunun generalı Piter Qirsten zərbələr nəticəsində qruplaşmanın “bank”ında 150 mliyon dollar pulun yandığını deyib.
General son aylarda endirilən hava zərbələri zamanı 300-800 milyon dollar arasında pul məhv edildiyini bildirib.
Ekspertlər İŞİD-in ciddi döyüşçü çatışmazlığı və maliyyə problemləri ilə üzləşdiyini bildirir.