Ərdoğanın Bakı səfərinin məqsədi nə idi?

aliyev-erdogan-ankara2016mart

Elxan Şahinoğlu: «Bu səfər ikitərəfli danışıqlar aparmaq baxımından da çox vacib idi»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri baş verənlərinin fonunda maraq doğurur. Çünki Türkiyə prezidentinin Bakıda iştirak etdiyi BMT-nin fonumu bir o qədər də mötəbər toplantı deyil. Amma Türkiyə prezidenti ilə Əliyevin tez-tez görüşməsi və məsləhətləşmələr keçirməsi maraq doğurur. Məhz bu görüşlərin intensiv olması üzündən LDPR sədri Jirinovski Ərdoğanı regionda vəziyyəti gərginləşdirməkdə ittiham etməsinə səbəb olub.

elxan-shahinoglu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, rəsmi açıqlamalarda bildirilirdi ki, Ərdoğanın Bakıya səfəri BMT-nin konfransına qatılmaq məqsədi daşıyırdı. Amma bu səfər ikitərəfli danışıqlar aparmaq baxımından da çox vacib idi. Cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinə diqqət çəkən E.Şahinoğlu vurğuladı ki, Rusiya üzdə nə qədər balansı qorumağa çalışsa da, Kreml rəsmilərinin açıqlamalarından və bölgəyə səfərlərindən bunu anlamaq olar ki, Moskva bütün hallarda Ermənistanı müdafiə edəcək. Lavrovun Ermənistanda verdiyi açıqlamaya diqqət yetirin. Lavrov bəyan etdi ki, Ermənistan Kazan prinsiplərini pozmayıb. Başqa sözlə desək bu Azərbaycana qarşı bir ittihamdır. Eyni zamanda cəbhədə baş verən insidentlərin araşdırılması istənilir. Amma nə qədər müharibədir, biz insidentlərin araşdırılmasına, snayperlərin, ağır texnikanın geri çəkilməsinə razılıq verə bilmərik. Eyni zamanda Rusiya Türkiyəli diplomatların Qarabağla bağlı verdiyi açıqlamaların birtərəfli olduğunu bəyan edir. Halbuki Türkiyə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizə hər cür dəstək verməyə hazır olduğunu bəyan edir”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın digər rəsmiləri də cəbhədə baş verənlərə görə Türkiyəni ittiham edir. Amma Türkiyənin baş verənlərə aidiyyatı ilə bağlı normal fakt ortaya qoyula bilməz. “Azərbaycan sadəcə olaraq torpaqlarını azad etmək istəyir və aprelin əvvəlində baş verənlər Ermənistanın hücumuna bir cavab idi. Ərdoğan Bakıda Azərbaycana dəstək verən açıqlamalarla çıxış etdi. Bu açıqlamalar rus şovinistlərin əlinə əlavə bəhanə verə bilər. Halbuki cəbhədəki son vəziyyəti götürsək bəlli olacaq ki, erməni təxribatlarının arxasında Rusiyanın müəyyən mərkəzləri dayanır”.

Xəyal