Polad Ələmdar Ənvər Paşa oldu

Türkiyədə yayımlanan və izləyici sayına görə reytinq rekordçusu olan “Kurtlar Vadisi Pusu” serialının əsas obrazı Polad Ələmdar rolunu canlandıran Necati Şaşmaz başqa bir serialda da tamaşaçıların qarşısına çıxacaq.
Türkiyə mətbuatının məlumatına görə, Şaşmaz “Pana” kinostudiyası tərəfindən çəkilən və Türkiyənin ictimai kanalı “TRT-1″də yayımlanan ”Qurd qanunu” serialında Ənvər Paşa obrazını canlandıracaq. Qeyd edək ki, bunun kiçik bir rol olduğu və sadəcə, 5-ci seriyada nümayiş olunacağı bildirilir.