Rusiya neft hasilatının dondurulacağını gözləmir

xam neftRusiyanın energetika naziri Aleksandr Novak, neft istehsalçısı ölkələr arasında istehsalın dondurulmasına dair  bir razılaşmanı artıq gözləmədiklərini bildirib.

Novak, Moskvada jurnalistlərə etdiyi açıqlamada, neft istehsalçısı ölkələr arasında, ən azından iyun ayındakı OPEC toplantısına qədər, istehsalı dondurulmasına dair bir razılaşma olacağını gözləmədiklərini deyib.

Novak, “Bəlkə bir neçə ay ərzində belə bir razılaşmaya da ehtiyac qalmaya bilər” – deyib.

Ötən günlərdə Qətərin paytaxtı Dohada toplaşan neft istehsalçısı ölkələr, Səudiyyə Ərəbistanı və İran başda olmaqla bəzi OPEC ölkələrinin etirazları səbəbindən neft istehsalı həcmlərini Yanvar ayının səviyyəsində dondurmaq məsələsində razılığa gəlmədilər.