Dostlar, Sarkisyanın sülh danışıqlarından rəsmən imtina etməsi yeni situasiya yaradır. Təəssüf ki. hərbi əməliyyatların bərpası çox real görünür. Düşmən ölkənin başçısı çox açıq şəkildə bildirib ki, hərbi əməliyyatlar hər an başlaya bilər. Belə çıxır ki, ordumuzun zərbələri altında müdafiə xətti darmadağın edilmiş, minalanmış ərazilərdən vurulub çıxarılmış düşmənə və onun havadarına növbəti atəşkəs vaxt qazanmaq üçün lazım imiş. Lazım imiş ki, yeni müdafiə xəttini möhkəmləndirsinlər, hücum üçün cəbhəyə Ermənistandan əlavə ordu hissələri və ağır texnika gətirsinlər. Mənim “bir halda ki, ordumuz əks-hücumla düşmənin əsas müdafiə və istehkam xəttini ələ keçirmişdi, niyə orduya “dur!” əmri verib, torpaqlarımızın azad edilməsinə imkan vermədiniz?” mövqeyimi bir həftə “topa tutanlar” necə bir səhvə yol verdiklərini, hansı qızıl fürsəti itirdiklərini heç olmasa, indi anlayırlarmı? Hərbdən azacıq təsəvvürü olanlar bilirlər ki, düşmənin uzun illər ərzində möhkəmləndirilmiş müdafiə xətti yarılıbsa, onu yeni mövqelərdə möhkəmlənməyə, əks-hücum üçün qüvvələrini qruplaşdırmağa fürsət vermədən qovmaq lazımdır.

Düşməni fürsət tanımadan qovmaq lazım idi
•


