Cümşüd Nuriyev: «Tam əminliklə söyləmək olar ki, onlar Azərbaycanı da qarışdırmağa çalışacaqlar»
ABŞ Milli Təhlükəsizlik Bürosunun 2012-ci ildə dünyanı gözləyən hadisələr haqqında hazırladığı hesabat iqtidar düşərgəsində narahatlaq yaradıb. Xatırladaq ki, həmin hesabatda Orta Asiya və Qafqaz ölkələri “alov həlqəsi”nin yeni mərkəzi adlandırılıb və 2012-ci ildə bu regionlarda gözlənilməz hadisələrin baş verəcəyi ehtimalı irəli sürülüb. Sənəddə Orta Asiya və Qafqaz ölkələri “qaynayan qazan”la müqayisə edilib. Bu ölklərdə xalqın yerli hakimiyyətdən narazılığının pik həddə çatdığı, korrrupsiya və məmur özbaşınalığının tüğyan etdiyi qeyd edilib.

Iqtidaryönlü politolq Cümşüd Nuriyev “Hürriyyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın belə bir plan hazırladığı şübhəsizdir. Politolqun fikrincə, Vaşinqtonun çoxdan belə bir planı var: “Nyu-York Tayms” qəzetinin Corc Fridman adlı bir yazarın iki kitabında AIŞ-ın gələcək siyasi hədəfləri öz əksini tapıb.
Onların ikipilləli nəzəriyyəsi var və həmin sənəddə Avrasiya dünyanın ürəyi kimi göstərilir, ətrafındakılarsa qızıl həlqə hesab olunur. Ona görə də tam əminliklə söyləmək olar ki, onlar Azərbaycanı da qarışdırmağa çalışacaqlar. Çox təəssüf ki, Azərbaycan ABŞ-ın strateji maraqlarındadır. Əsas məqsəd də Azərbaycanı təhdid altında saxlamaqla bu ölkə ərazisindən Irana girməkdir”.



