Hakimiyyət Avropada yenə biabır oldu

Almaniyanın bir nömrəli telekanalı Azərbaycan gerçəklərini necə təqdim etdi? (VİDEO)

Almaniyanın 1-ci telekanalı “ARD” Azərbaycanda “Eurovision” hazırlığı və bu kontekstdə ölkədə insan haqlarının vəziyyətindən bəhs edən süjet yayımlayıb. Süjetdə əhalinin mülklərinin necə sökülməsini , müxalifətin keçirdiyi mitinqləri polsin necə dağıtmasını göstərən süjetlər nümayiş etdirilir, hüquq müdafiəçisi Leyla Yunus, bloqçu Əli Novruzov və RATİ-nin sədri Emin Hüseynovla müsahibələr təqdim olunur.
Reportajda deyilir ki, Azərbaycan rəhbərliyi jurnalistlərə, o cümlədən ölkədə fəaliyyət göstərmək istəyən xarici jurnalistlərə məhdudiyyətlər tətbiq edilir. Telekanalın Bakıda apardığı çəkilişlərə müəyyən maneələr yaradıldığı da reportajda qeyd olunur.
Daha sonra Bakıda evlərin dağıdıldığı, insan hüquqlarının pozulduğu, müxalif düşüncəli insanların təqib edildiyi,  söz azadlığına məhəl qoyulmadığı, həbslər, repressiyalar barədə məlumatlar verilir və bildirilir ki, Azərbaycan səfirliyi rəsmi mövqe yerinə gülünc fakslar yollayır.

azadlıq.info