
“Mən banderloq deyiləm!”
Rusiya baş nazirinin mətbuat katibi Dmitriy Peskovun verdiyi məlumata görə prezidentliyə namizəd Putin bazar ertəsi politoloqlarla görüş keçirəcək. Görüşün yeri və vaxtı haqda heç nə deyilməsə də, mövzu seçkiqabağı vəziyyət və siyasi prosseslər haqda olacaq. Baş nazir müzakirə üçün Mixail Vinoqradov, Sergey Markov, Aleksey Muxin kimi məhşur politoloqları dəvət edib. Dəvət edilənlər arasından politoloq Dmitriy Oreşkin olsa da, o, Putinlə görüşdən imtina edib. Sitat: “Birincisi, mən banderloq deyiləm. (banderloq – R.Kiplinqin “Cəngəllik kitabı” əsərində meymun xalq obrazı) İkincisi, Putin mənim üçün elə də maraqlı deyil. Üçüncüsü, prezidentliyə namizəd Putinlə görüş baş nazir qismində keçirilməməli idi.”

Xatırladaq ki, 15 dekabrda canlı yayımda Putin “Mauqli”də ilan Kaadan sitat gətirərək müxalifət haqqında “Banderloqlar, bura gəlin” – deyə alçaldıcı ifadə işlətmişdi.


