Əli Kərimli Nurəddin Məmmədlini təbrik etdi

n_memmedli-yeni

AXCP sədri Əli Kərimli sədrin müavini, professor Nurəddin Məmmədlini 70 illiyi münasibətilə təbrik edib. Əli Kərimlinin yubiley təbrikində deyilir:

Bu gün böyük əqidə adamı, siyasi xadim, fədakar ziyalı, professor, AXCP sədrinin müavini Nurəddin Məmmədlinin 70 illik yubileyidir. Onu bu şad günü münasibətilə bütün cəbhədaşları adından səmimi qəlbdən təbrik edirəm. Nurəddin bəy keçdiyi şərəfli həyat və mübarizə yolu, elmi fəaliyyəti, əqidəsinə sədaqəti, rejimə qarşı prinspial mübarizəsilə bütün demokratik düşərgənin, həm yaşlı, həm də cavan nəsil cəbhəçilərin sevimlisinə çevrilmişdir. Məhz belə ləyaqətli şəxsiyyətlər millətin tarixinə qızıl hərflərlə yazılır, onun qürur mənbəyi olur, gənc nəslə örnək kimi göstərilir. Hər zaman Vətəninə, millətinə, əqidəsinə sadiq Nurəddin bəy kimi cəsarətli, haqq -ədalət, demokratiya naminə mübarizəni öz həyat amalına çevirmiş aydınlarımız vətəndaşlarımızın mübarizə ruhunu daim diri tutur, ölkəmizin işıqlı gələcəyinə inamını artırır, siyasəti vicdanlı, dürüst insanların məşğul olduğu peşə kimi tanıdır. Nurəddin bəy pozitivliyi, nikbinliyi, mehribanlığı ilə də hamımız üçün nümunədir. Sevinirik və fəxr edirik ki, belə işıqlı və səmimi insan, öz sahəsində savadlı alim, geniş dünyagörüşlü ağsaqqal, haqqın müdafiəsində olan siyasətçi bizimlə bir düşərgədədir və böyük nüfuz sahibi olan cəbhədaşımızdır. Əziz Nurəddin bəy, Sizi bir daha 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə möhkəm cansağlığı, birgə mübarizəmizdə uğurlar və şəxsi həyatınızda xoşbəxtlik arzulayıram.

Allah sizi qorusun!