
Rusiyada Azərbaycan vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstə bir milyon dollarlıq heroinlə saxlanılıb. “Qafqazinfo”nun Rusiya KiV-nə istinadən verdiyi xəbərə görə, Özbəkistan, Tacikistan və Azərbaycandan olan cinayətkar qrup Orta Asiyadan Moskvaya narkotik daşımaqla məşğul olublar. Rusiya Federasiyasının narkotik dövriyyəsinə nəzarət üzrə Federal Xidmət idarəsi cinayərkar dəstənin altı fəalını, o cümlədən təşkilatçısı olan Natiq ləqəbli Azər Əsədovu saxlayıb. Dəstə Moskvaya növbəti heroini çatdırmaq istəyərkən tutulub.
Dəstənin bir neçə üzvü əvvələr saxlanılıb, lakin Natiq ləqəbli dəstə başçısını uzun müddətli əməliyyatlardan sonra ələ keçirmək mümkün olub. Hazırda dəstənin üzvləri böyük ölçüdə narkotik vasitələrin satışında ittiham olunaraq məhkmə qarşısına çıxacaqlar


