Obama Rusiyanı ittiham etdi

obama-pentagonABŞ prezidenti Barak Obamanın fikirlərinə görə Paris və Brüsseldəki terror hadisələri, ölkələrin təhlükəsizliyinin gücləndirilməsini gündəmə gətirdi.

“Bild” qəzetinə müsahibəsində Barak Obama İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarının Qərb üçün ciddi təhlükə mənbəyi olduğunu, radikal islamçılarla mübarizənin çətinliyini dilə gətirib.

Amerika prezidenti İŞİD-in məhv edilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

O qeyd edib ki, İŞİD-in əraziləri getdikcə azalır.

Prezidnetin sözlərinə görə, terror və miqrant problemlərindən əlavə Avropa Rusiya aqressiyasına da məruz qalır.

“Rusiyanın Ukraynaya münasibəti bizim vahid, azad və dinc Avropa düşüncələrimizi alt-üst edir” deyə o vurğulayıb.

Ağ Ev başçısı qeyd edib ki, ABŞ və Almaniya yaxın müttəfiqlərdir və dünyada insanların təhlükəsizliyini, rifahını təmin edən tərəfdaş kimi qalırlar”