Polis rəisi pensiyaya göndərildi

Şamil SeyidliDaxili işlər naziri Ramil Usubov Ağcabədi rayon Polis Şöbəsinin rəisinin vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Rəis, polkovnik Şamil Seyidli pensiyaya çıxarılıb. O, bu gün kollektivlə vidalaşıb və yeni vəzifəyə təyin olunacağını bildirib.

Qeyd edək ki, Ş.Seyidli Ağcabədidən əvvəl Yardımlı rayonun polis Şöbəsində rəis işləyib.