İvanişvilin hesablarının dondurulması təklif edilir

 

ivanishviliABŞ Konqresinin nümayəndələr palatasının iclasında Gürcüstandakı vəziyyət müzakirə olunub.

Konqresmen Stiv Rassel Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilini tənqid edib və onun hesablarının dondurulmasını tələb edib.

Konqresmenin sözlərinə görə, İvanişvili əvvəlki kimi hökumətdə təsir imkanlarına malikdir. Rassel keçmiş baş nazirin Putinin müttəfiqi olduğunu deyib.

“Rusiya Tbilisidə rusmeyilli hakimiyyətin olacağına ümud edərək siyasi proseslərə aid planla müdaxilə edir. Bu siyasi prosesdə əsas fiqur Putinin yaxın müttəfiqi, oliqarx Bidzina İvanişvilidir. Onun məqsədi səslərin alınması və siyasi opponentlərinin cəzalandırılması yolu ilə seçki prosesinə müdaxilə etməkdir. Həmçinin ölkənin inzibati və siyasi resursları vasitəsilə seçkiyə təsie etmək istəyir. ABŞ Maliyyə Nazirliyi və Qərb banklarının İvanişvilinin hesablarının dondurmağa çağırırıq”, – deyə Rassel bildirib.

azadlıq.info