Bağdadda məscid partladıldı

mescid partlayisBu gün cümə namazı vaxtı Bağdadda məscidlərdən birində baş vermiş partlayış nəticəsində azı 25 nəfərin həlak olduğu bildirilir. Bu məlumatı “Sky News Arabia” telekanalı verib. Xəbərə əsasən, kamikadze özünü Bağdadın cənub-qərb hissəsində yerləşən Ər-Rizvaniyə rayonundakı şiə məscidində partladıb. Terror aktının qurbanlarının dəqiq sayı hələlik məlum deyil. (virtualaz.org)