Obama “erməni soyqırımı” ifadəsini işlətməyəcək

Barak Obama

ABŞ prezidenti Barak Obama 1915-ci ildə baş vermiş hadisələri  “soyqırım” adlandırmayacaq. Bu barədə Amerika Erməni Milli Komitəsindən (AEMK) bildirilib.

Məlumatı AEMK-ya ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi şəxsi verib. “Əslində, Barak Obama öz hakimiyyət illərini necə başlayıbsa, elə də başa vuracaq”, – deyə AEMK-nın icraçı direktoru Aram Аmbaryan Ağ Evin nümayəndələri ilə görüşündən sonra deyib.

AEMK-nın icraçı direktoru onu da əlavə edib ki, Barak Obama qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı vədinə xilaf çıxıb.

“Erməni soyqırımı” – birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirərək dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri “soyqırımın” varlığını qəbul edib.
(ans)