Murad Ədilovun şikayəti təmin olunmadı

murad-edilovBu gün Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə şərlənərək həbs olunan AXCP fəalı Murad Ədilovun kasasiya şikayətinə baxılıb. Vəkillər Yalçın İmanov və Fəxrəddin Mehdiyev kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyasının nəzərinə çatdırıb. Dövlət ittihamçısı isə şikayətin təmin olunmamasını istəyib.

Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, M.Ədilov 2014-cü il avqust ayının 11-də Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib.