Səudiyyəli qadınlar artıq ailələr üçün nəzərdə tutulmuş əyləncə parkları, ailə restoranları, mühasibatlıqda və qadın məhsulları satan mağazalarda çalışacaq.
Səudiyyə Ərəbistanında qadınların bəzi biznes sahələrində çalışmasına icazə verilib.
“Marja” xəbər verir ki, Səudiyyə Ərəbistanının əmək naziri Abdül Manam El Şehri, qadınların “təbiətlərinə uyğun” sahələrdə çalışmasına icazə veriləcəyini açıqlayıb.
Səudiyyə qadınlar artıq ailələr üçün nəzərdə tutulmuş əyləncə parkları, ailə restoranları, mühasibat işləri və qadın məhsulları satan mağazalarda çalışa biləcək.
Mədən sənayesi, çörəkbişirmə, inşaat kimi 21 sahədə qadınların işləməsi hələ də qadağandır.
Nazir qadağanın səbəbinin qadınların təhlükəsizliyi və sağlamlığının qorunması üçün olduğunu bildirib.