Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Suriyaya səfəri gözlənilir. BBC-nin yaydığı məlumata görə, fevralın 7-də baş tutacaq səfərdə Lavrovu Rusiyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Mixail Fradkov müşaiyət edəcək.
Rusiyalı rəsmilər Bəşər Əsədlə ölkədə yaranmış durum müzakirə etməlidirlər.
Bu arada Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində ABŞ dövlət katibi Hillari Klinton Sergey Lavrovla görüşərək Suriyadakı son vəziyyəti müzakirə edib.
Lavrov Bəşər Əsədlə danışıqlara gedir
•