ABŞ dollarında bir ilk

dollarKöləlik əleyhdarı insan haqları müdafiəçisi Harriet Tubman-ın portreti, 20 dollarlıq əskinasların üzərində yer alacaq.

ABŞ dollarında ilk dəfə qara bir qadının portreti olacaq.

1820-ci ildə bir qul kimi dünyaya gələn Tubman, azadlığını qazanıb ən az 70 qara köləni də xilas etmişdir.

Tubman-ın portreti, qul sahibliyi etmiş keçmiş prezidentlərdən Andrew Jackson-un yerini alacaq. Jackson-un portreti isə 20 dollarlıq əskinasın arxa tərəfində qoyulacaqdır.

 

(marja)