Nağıyevlərin obyektindən 200 min manatlıq oğurluq

Bakının Nərimanov rayonu ərazisində qarlı qış gecəsində müdhiş oğurluq olub. Polisdən eksklüziv olaraq “Qafqazinfo”ya daxil olan məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən “Lifecenter” ticarət mərkəzi və onun yaxınlığındakı “Tefal” mağazası qarət olunub. Hər iki oğurluq hadisəsi fevralın 3-nə keçən gecə törədilib. Naməlum şəxslər “Lifecenter” ticarət mərkəzində qızıl mağazasından içərisində 200.000 manat dəyərində qızıl-brilliant olan seyfi aparıblar. Naməlum şəxslər seyfi odyala bürüyərək arxa qapıyadək sürüyüb oradan çıxarıblar. Hətta mağazada olan iki ədəd bahalı kürkü də özləri ilə götürsələr də, yolda atıblar. Oğrular mağazada içərisində külli miqdarda daş-qaş olan daha böyük seyfi isə apara bilməyiblər.

Həmin gün “Tefal” mağazasına da soxulublar. Oradan kassadan cəmi 800 manat məblğində nəğd pul götürüblər. Hər iki hadisənin kim tərədfindən törədilməsi məlum deyil. Diqqət çəkən məqamlardan biri də, hadisənin işıqlar sönən vaxt baş verməsidir. Polis əməkdaşları hazırda oğurluq hadisəsinin eyni adamlar tərəfindən törədilməsi versiyası üzərində işləyirlər.

Əldə etdiyimiz məlumata görə, “Lifecenter” ticarət mərkəzinnin iki mühafizəçisi də polisə çağırılıb.
Xatırladaq ki, adı çəkilən obyekt MTN_in sabiq birinji müyavini, indii isə Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini ƏliNağıyevinqardaşı Vəli Nağıyevə məxsusdur. Lifecenter”in üsütndəki çoxmərtəbəli binaların sahibləri də Nağıyevlərdir. Həmin ərazi Bakının elit yaayış eyrlərindən biri hesab olunur.

İnformasiya şöbəsi