«Neft Daşları» Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) operatoru Bakı Dəniz Limanında dünyasını dəyişib
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-ECONOMICS»ə verilən məlumata görə, fevralın 4-də səhər saat 7:00 radələrində «Azneft» İstehsalat Birliyinin «Neft Daşları» NQÇİ-də operator işləyən 1954-cü il təvəllüdlü Gözəlov Şakir Ağabala oğlu növbəyə getmək üçün Bakı Dəniz limanında «General Əsədov» sərnişin gəmisinə mindikdən sonra özünü pis hiss edib: «Gəminin həkimi ona tibbi yardım göstərməyə çalışıb, lakin bunun nəticəsi olmayıb və Şakir Gözəlov vəfat edib».


