İlqar Məmmədovun şikayətinə baxılacaq

ilqar_mAprelin 22-də, saat 14:00-da Şəki Apelyasiya Məhkəməsində REAL Hərəkatının lideri, vicdan məhbusu İlqar Məmmədovun şikayəti üzrə məhkəmə baxış olacaq.

Məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev verib.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin fevral ayından həbsdədir. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.