“Azərenerji”nin vəzifəli şəxsi iş otağında öldü

Sumqayıtda vəzifəli şəxslərdən biri  iş otağında ölüb. Sumqayıt şəhər Polis İdarəsindən bildiriblər ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. “Azərenerji” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi, 50 yaşlı Rafiq İsgəndər oğlu Quliyev iş otağında dünyasını dəyişib. Mərhumun ölümünün səbəbləri məlum deyil.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır (APA).