Çin birjalarındakı təlatüm qayıdır

birjaÇin səhmləri son yeddi həftədə ən kəskin şəkildə ucuzlaşıb.

Şanxay Birləşmiş İndeksi 2.6 faiz azalıb. İndeksdə ən çox istehlakçı və texnologiya şirkətlərinin səhmləri aşağı düşüb. İndeks, 8 Apreldən bu yana ilk dəfə 3,000 səviyyəsindən aşağı geriləyərək 2965.31 punkt olub. İndeksin builki itkiləri 16 faiz səviyyəsinə çatıb.

Hang Seng China Enterprises İndeksi, China Telecom Corp. və China Shenhua Energy Co.-nun səhmlərinin 4%-dən çox ucuzlaşması ilə 1,5% aşağı düşüb.

Mart ayında görülən 12%-lik artımdan sonra, yaxşı çıxan iqtisadi göstəricilərin hökuməti əlavə təşviqdən imtina edəcəyinə dair spekulyasiyalar ilə səhmlər ucuzlaşıb.

 

(marja)