«AZADLIQ»ın RƏSƏDXANASI
Qoç
Sevdiyiniz şəxsin davranışından çox təsirlənəcək və narahat hisslər yaşayacaqsınız. Hisslərinizə nəzarət etməniz vacibdir. Hadisələrin üzərində çox dayanmayın. Narahatlıq hissi bir neçə saat davam edəcək.
Buğa
Ideyalarınızı istədiyiniz kimi tətbiq edə bilərsiniz. Müxtəlif təzyiqlər və maneələrlə qarşılaşsanız belə işlərinizi nizamlı və qərarlı davam etdirəcəksiniz. Uzun zamandır görmədiyiniz bir yoldaşınızla qarşılaşa bilərsiniz.
Əkizlər
Sakit və rahat bir gün keçirəcəksiniz. Uzun zamandır görmədiyiniz yoldaşlarınızla qarşılaşacaq, birlikdə çox xoş vaxt keçirəcəksiniz. Yaxınlarınızla əlaqələriniz isti olacaq. Şən və zarafatcıl olmaqla dostlarınızı əyləndirəcəksiniz.
Xərçəng
Bu gün eşidcəyinz bir xəbər çox xoşunuza gələcək. Uzun zamandır görmədiyiniz dostlarınızla qarşılaşacaq və birlikdə xoş vaxt keçirəcəksiniz. Sevdiyiniz şəxslə bağlı fikirləriniz bir az pessimist ola bilər.
Şir
Ağıllı qərarlar verəcək, dostlarınız və yaxınlarınızla əlaqələrinizi gücləndirəcəksiniz. Istəklərinizi asan və açıq şəkildə ifadə edəcək, davranışınızla ətrafdakıları razı salacaqsınız. Hərəkətli bir gün olacaq.
Qız
Bir az daha anlayışlı və sakit olmağa çalışın. Içinizdən yüksələn enerjiyə nəzarət etməniz çətin ola bilər. Yaxş olar ki, mövqeyinizi qorumaq üçün hərəkətə keçəsiniz. Bu günki proqramınızı ev işlərinə, idman fəaliyyətinə və ya səyahətə yönəldə bilərsiniz.
Tərəzi
Gərginliyinizi artıracaq bir vəziyyətlə qarşılaşa bilərsiniz. Bu gün bəzi xəbərlər çətinlik çəkməyinizə səbəb ola bilər. Lakin əhvalınız yüksək olduğu üçün problemləri böyütməyəcəksiniz. Sevgilinizin diqqəti sizə güc verəcək.
Əqrəb
Hadisələri diqqətlə qiymətləndirmək istəyirsiniz. Lakin səbirli davranmanız lazımdır. Bu gün alacağınız bir xəbərdən təsirlənəcəksiniz. Yaxınlarınızla aranızdakı anlaşılmazlıqları təhlil edin. Mübariz olacaqsınız.
Oxatan
Sakit və dinc bir gün keçirəcəksiniz. Özünüzə olan inam yüksək olduğu üçün işlərinizi uğurla davam etdirə bilərsiniz. Gələcəyə istiqamətli gözləmələrinizlə birlikdə gərginliyiniz də artır.
Oğlaq
Diqqətinizi toplayın. Əslində çox sürətli düşünmə qabiliyyətinə sahibsiniz. Lakin diqqətinizi bir tək işə cəmləmək çətin olur. Dalğın və unutqan olursunuz. Ailə üzvlərinə qarşı daha anlayışlı davranmalısınız.
Dolça
Daha nikbin olduğunuz üçün hadisələrin inkişafı da müsbət olacaq. Sevdiyiniz şəxslə aranızdakı əlaqə son dərəcə möhkəm olacaq. Maliyyə sferasında yeni addımlar ata bilərsiniz.
Balıqlar
Bu gün edə biləcəyiniz işlər məsuliyyət tələb edəcək. Təbii bunun nəticəsində çox yorulub xəstələnmək riski də var. Bu səbəbdən özünüzə də vaxt ayırmalısınız.