
“Azərbaycan” qəzetində rəsmi Bakını müntəzəm tənqidlərə məruz qoyan “Amnesty International”, “Human Rights Watch”, Freedom House, “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatları əleyhinə məqalə dərc edilib.
Bu məqalədə həm də ad çəkilmədən yerli hüquq müdafiəçiləri “milli maraqları” satmaqda ittiham edilirlər. Daha bir məqalə Ziyalılar Forumu təşkilatının əleyhinə yazılıb. Məqalədə Foruma nifrət özünü açıq-aydın göstərir. Belə ki, qəzet təşkilatı öz adı ilə Ziyalılar Forumu yox, forumun fəallarından politoloq Eldar Namazova görə “Eldar Namazovun dəstəsi” adlandırır. Məqalə müəllifi Ziyalılar Forumunun rəsmi Bakını kəskin tənqidə məruz qoymasını “olanları görmək istəməyənlərin narazılığı” kimi dəyərləndirir.


