Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-mart aylarında 1 milyon 898,2 min ton neft hasil edib. Bu ötən ilin anoloji dövrü ilə müqayisədə 8,3% azdır.
SOCAR 2014-cü ilin ilk 3 ayında 2 milyon 70 min ton neft hasil etmişdi.
2013-cü ilin 1-ci rübü ilə müqayisədə isə azalma 10%-ə çatır.
AZƏRBAYCAN ÜZRƏ DƏ HASİLAT AZALIB
Bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 10 milyon 507,2 min ton olub. Ötən ilin anoloji dövründə Azərbaycanda 10 milyon 680 min ton neft hasil edilmişdi.