İranın rəsmi mediası Ankaranın xarici siyasətini topa tutdu
İran Dövlət Televiziyası Press TV, Türkiyənin xarici siyasətini sərt tənqid edib. “Press TV”nin internet saytında yayımlanan bir məqalədə Türkiyədə AKP-nin (Ədalət və İnkişaf Partiyası) hakimiyyətə gəlməsindən sonra qonşularla “sıfır problem” siyasəti izləyən Ankaranın bu siyasətinin iflasa uğradığı iddia olunub. Məqalədə Türkiyənin qonşularıyla əlaqələrinin getdikcə naməlum istiqamətə yön aldığı da vurğulanır.
Avropa Birliyinin Türkiyənin üzvlük istəklərini geri çevirdiyini və Kiprin yunan hissəsiylə əlaqələrin getdikcə pisləşdiyini yazan “Press TV” ABŞ dövlət katibi Hillari Klintonun da türkiyəli həmkarı Əhməd Davudoğlunun Vaşinqtonda son səfəri zamanı yunanlara açıq dəstək verdiyini xatırladıb. İran Dövlət Televiziyası son olaraq Fransanın da “erməni soyqırımı” iddiası ilə Ankaranı sıxışdırdığını qeyd edib.
Ankaranın Avrop Birliyinə qapılarını bağlaması halında ən başından bəri alternative variantları olduğunu iddia edən “Press TV” bunları yazıb:“Türkiyə siyasi və iqtisadi gücündən istifadə edərək müsəlman ölkələr arasında mühüm rol oynamaq və bölgədə problemlərin həlledici funksiyasını öhdəsinə götürmək istəyir. Ancaq Türkiyənin qonşularıyla münasibətlərinin pisləşmısiylə parallel bu rolu oynamaq da qeyri-mümkün hala gəlib. Türkiyənin Suriya, İraq, Rusiya və İranla əlaqələri hər ötən gün daha da pisləşir və bunun uzun müddətli nəticələri olacaq”.
İran televiziyası Suriyanı nəzərdə tutaraq Türkiyənin Respublika tarixində ilk dəfə açıq bir qarşıdurmaya girdiyini bildirib. Çünki Suriyanın Bəşər Əsədin rəhbərliyi altında İranla yaratdığı güclü müttəfiqlik Türkiyənin bölgədə əhəmiyyətli rol oynamasına maneə törədir. Ankara Suriyanı İraq siyasəti məsələsində rəqib olaraq görür. Rəsmi Dəməşqin Fələstin və livanlı təşkilat və partiyalar üzərindəki təsiri də Türkiyənin Fələstin ilə Livanda həlledici spz sahibi olmaq imkanlarını məhdudlaşdırır.
Rusiya və İranın Türkiyənin enerji ehtiyacının 70 faizini qarşıladığını xatırladan “Press TV” Ankaranın NATO-ya məxsus raket hücumundan müdafiə sistemləri və Suriyayla bağlı mövqeyi üzündən ona şübhəylə yanaşan hər iki ölkəni hiddətləndirdiyini də yazıb. Məqaləd o da vurğulanır ki, Türkiyə Suriyaya qarşı hərbi müdaxiləyə dəstək verərək Rusiya və İranı daha da qəzəbləndirəmək istəməyəcək.
İnformasiya şöbəsi


