Sabah İctimai Palatanın sessiyası keçiriləcək

Fevralın 4-də saat 12-də Müsavat Partiyasının qərargahında Ictimai Palatanın növbəti sessiyası keçiriləcək. Sessiyada gündəliyin əsas məsələlərindən biri 2012-ci ildə IP-in hədəfləri və fəaliyyət istiqamətləri haqqında sənədin müzakirəsi və qəbulu olacaq. Sənəd layihəsi Pənah Hüseyn tərəfindən hazırlanıb və Koordinasiya Şurasında müzakirə edilib.