Qəzzafinin qanlı köynəyi satışa çıxarıldı

Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin üsyançılar tərəfindən linç edildiyi zaman əynində olan qanlı köynəyi və gümüş evlilik üzüyünü ələ keçirən bir liviyalı onları satmağa hazırlaşdığını bilirib. Ötən ilin oktyabrında Siirt şəhərindəki evinin yaxınlığında öldürülən zaman Qəzzafinin üzərində olan qanlı köynək və gümüş evlilik üzüyünü ələ keçirən Əhməd Varfali adlı bir nəfər diktatorun şəxsi əşyalarına 2 milyon dollar qiymət qoyub.

Ərəb mətbuatı Varfalınin Qəzzafiyə aid köynək və üzüyün Avropa auksionlarına təqdim edəcəyi təqdirdə daha baha qiymətə satılacağını bildirib. Bu arada Qəzzafinin həyat yoldaşı Safiyə ilə evləndiyi 1970-ci ildə evləndiyi vaxt şəkilmiş toy şəkilləri də “ArabsToday” adlı internet saytda yayımlanıb.

İnformasiya şöbəsi