Əliyev iqtidarı nələri səhv edir?

İndi Azərbaycanda müxalifət daha mərkəzləşmiş və demokratik proses daha geridönməzdir

Mehmet Seyfettin Erol
Dos.doktor, Qazi Universiteti

kafkassam-merkez.com

Azərbaycanda gündəmin adı Türkiyə. İqtidar və müxalifət arasındakı mübarizənin, hətta iqtidardakı Yeni Azərbaycan Partiyası (YAP) içərisində özünü hiss etdirməyə başlayan, çox böyük ehtimalla da sərt bir dalğa ilə qırıla biləcək vəziyyətdə olan çatlağın mərkəzində də yenə “dəyişmə” prosesinin lideri mövqeyində olan güclü, demokratik Türkiyə sevgisi var .
Bu məzmunda Bakıdakı hava “yüksək gözləmələr” ilə “dərin narahatlıqlar” arasında parçalı-buludlu bir görünüşdədir. Yəni Ankaranın ən kiçik bir addımı, şərhi, hətta mətbuat üzərindən göndərilən bir sıra “səmimi salamları” belə, mənə görə, bu ölkə ictimai və inzibati rəyində dərhal təsirini göstərir…
Bu səbəbdən Türkiyə istəsə də, istəməsə də bu qardaş ölkənin daxili və xarici siyasətində dünənə görə daha təyinedici bir yerə – rola sahib. Konjunktur və tarixi missiya, Yeni Türkiyəni belə bir prosesin içinə qaçınılmaz olaraq itələyir. Hər nə qədər bizlər buralardan bunun çox fərqinə varmasaq və başqa lazımlı-lazımsız gündəmlərlə məşğul olsaq da, Bakı və “digərləri” açıqcası bunun çox fərqindədir.

Rejim öz gələcəyini başqa paytaxtlarda axtarır

Birbaşa və dolayı kanallar üzərindən göndərilən bir sıra mesajlarda olduğu kimi, Bakı ağırlıqlı olaraq Azərbaycan daxilində yürüdülməyə çalışılan və Əliyevlərin ən böyük səhvlərindən biri olaraq da ifadə edilən Türkiyəyə istiqamətli “qara təbliğat” işləri və son dövrdə hücuma keçən “içimizdəki” Azərbaycan lobbisinin bir sıra ismarıcları bu fərqlilikləri bir daha gözümüzün önünə sərməkdədir.
Şübhəsiz, hər nə qədər bəzi dairələr bundan bir az “mükafat” əldə etməyə çalışsa da, ifşa olunmuş bu klassik addımlar artıq, mükafata layiq deyil. Bu səbəbdən, məsələ üzərində çox qalmağın bir mənası yoxdur. Onsuz da Əliyevlərin  bir başqa əhəmiyyətli  səhvi onları təqib etməkdədir: xalqın pulunun yanlış adlar, fəaliyyətlər və yerlər üçün sərf olunması, ora-bura peşkəş kimi dağıdılması.

Müxalifət getdikcə fəallaşır

Amma artıq dəqiqlik qazanan bir məsələ var: Əliyev rəhbərliyinin aldığı bütün “önləyici” tədbirlərə qarşı, demokratik prosesin varlığı daha artıq görünür. Bu nöqtədə xalqlarla rejimlər arasındakı münasibətlərin yoluna qoyulması variantı kimi görülən “Ərəb Baharı”  Azərbaycan içində də varlığını hiss etdirir və bunun yaşatdığı çaxnaşma havası da bir həqiqətdir.
Bu məzmunda zənginləşən ölkədə yoxsullaşan xalqın bahalaşma, korrupsiya və ölkəni “istismar edənlər” qarşısında səssiz-səmirsiz, lakin bir qığılcımla hər an partlamağa hazır reaksiyası; müxalifət liderlərinin get-gedə artan təmasları, xüsusilə Qərb missiyalarının ölkə içində artan dialoqları-təmasları; müxalifətin bir hissəsinin birləşmə qərarı və iqtidarın ölkədəki Türkiyə sevgisini baltalamaq istiqamətində başlatdığı psixoloji əməliyyatlar bunun ən əsas göstəriciləri arasında yer almaqdadır.
Ölkədəki müxalifət və iqtidara yaxın kəsimlər tam da bu nöqtədə Əliyev iqtidarının bir başqa böyük səhvə yol verdiyi qənaətindədirlər. Əliyev iqtidarının ən böyük səhvi öz tutduğunu buraxmamaq, başqa sözlə xalqının demokratiya tələblərinə qulaq tıxamaq, rejimin gələcəyini sərt tədbirlər və üsullarla birlikdə başqa paytaxtlarda axtarmaqdadır.

Neft dollarları Türkiyə əleyhinə çevrilməməlidir

Bu çərçivədə, Türkiyə əleyhinə bir tarazlıq üzərinə inşa edilən petro-dollar siyasətində üç əhəmiyyətli paytaxtının oynadığı rola diqqət çəkilir: Paris, Təl- Əviv və Moskva ilə inkişaf etdirilən və dərinləşmə meyli göstərən, xüsusilə də Sarkozi ilə az qala ailə dostluğuna çevrilən əlaqələr, açıqcası heç də xoş qarşılanmır.
Bu reaksiyaya Əliyevlərin fərqli bir üsulla cavab vermə cəhdləri və bir günah keçisi olaraq Türkiyəni hədəf alan örtülü fəaliyyətləri isə Ankaranın və Azərbaycandakı Türkiyə dostlarının diqqətindən qaçmır.
Sarkozi Fransasının Türkiyə əleyhinə atdığı addımlar müqabilində Əliyev və YAP-ın tutumuna qarşı müxalifətli-iqtidarlı bütün Azərbaycan türklüyünün ortaya qoyduğu reaksiya və bu məzmunda Bakı rəhbərliyinin zəif də olsa Parisə vermək məcburiyyətində qaldığı mesajlar bunun konkret bir göstəricisi olaraq ifadə edilir. Əliyev iqtidarının erməni məsələsi kimi həssas bir mövzu üzərində Türkiyəyə yönələn ittihamlarının qarşında Sarkozi ilə bu günkü davranışları tamam tərs gəlir. Bundan başqa, İsraillə çox içli-çöllü görünüşlər də bir başqa böyük səhvi doğurur ki, bu nöqtədə müxalifət İsrailin Türkiyəni sıxışdırma siyasətinə Azərbaycanın alət edilməsindən və bu siyasətin bir hissəsi olmasından duyduğu narahatlığı dilə gətirməkdən çəkinmir.

Əliyevlerin səhvləri saymaqla bitmir

Əliyevlerin səhvləri burada saymaqla bitmir. Məqsədimiz də bunları sıralayaraq yalnız səhvlər üzərinə ortaq bir gələcək inşa etmək deyil. Burada yalnız və yalnız dostca bir xəbərdarlıq cəhdi var…
Və daha əhəmiyyətli xüsus: Azərbaycan dövlətinin müstəqilliyi və davamlılığı bir çox şeyin önündə gəlir. Bu çərçivədə Bakı rəhbərliyinin Türkiyədən gələn dostca xəbərdarlıqlara diqqət etməsi və gerçək mənada “İki dövlət, bir millət” düsturuna uyğun şəkildə hərəkət etməsi, Türk dünyasının iki lokomotiv gücü və onurğası mövqeyində olan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi baxımından böyük bir əhəmiyyət kəsb edir.

Bunu yalnız biz demirik …

Yanvarın 27-də Bakıda Dr.Leyla Əliyevanın rəhbərli etdiyi “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM)” tərəfindən həyata keçirilən “Dəyişən Geopolitikada Azərbaycan-Türkiyə əlaqələri” başlıqlı konfransda ortaya qoyulan təsbitlər bu çərçivədə olduqca diqqət çəkici və əhəmiyyətli.
Xüsusilə “Peace and Conflict Resolution Center”  direktoru Elxan Mehdiyev, FAR Mərkəzi başçısı Dr. Sabir Bağırov və YAP-dan iki dövr deputat olan, hər fürsətdə Türkiyə, türklük sevdasını dilə gətirən Gültəkin Hacıyevanın danışıqları əhəmiyyətli ipucları ehtiva edir.
Yığıncaqda verilən əsas ismarıclara gəlincə …

***

Türkiyə-Azərbaycan arasında münasibətlərin gələcəyinin ən böyük sığortası ölkə xalqlarıdır. Xalqlar arası bağlılıq sanki bir qranit kimidir, hər hansı bir düşmənçiliyə və qopmaya imkan verməz. Bakı Ankaranın dostcasına təkliflərini nəzərə almalı, hər cür düşüncəsini və hətta reaksiyasını yeni bir ünsiyyət qəzasına gətirib çıxarmamaq üçün Ankaraya birbaşa təqdim etməlidir.
İki ölkə arasındakı birbaşa sərmayə qoyuluşu və bu çərçivədə siyasi əlaqələrin mühərrik gücünü meydana gətirəcək iqtisadi-ticari fəaliyyətlərin daha da artırılması və türk iş adamlarının  Azərbaycanda daha prioritetli olması, qarşılaşdıqları bir sıra çətinliklərin-risklərin aradan qaldırılması lazımdır və s.