Ukraynada “Rusiya əsgərlərinə” hökm oxunub

Ukrayna məhkəməsi Rusiyanın xüsusi xidmət qoşunlarına aid olduğu ehtimal edilən iki əsgəri, bir çox cinayətlər, o cümlədən terrorda ittiham edərək 14 il müddətinə həbs edib.

Aleksander Aleksandrov və Yevgeni Yerofeyev ötən ilin mayında Ukraynanın şərqində saxlanılıb.

Rusiya bu regiona qoşun göndərdiyini etiraf etmir və deyir ki, onlar hərbi xidməti tərk etmiş könüllülərdir.

Kiyev məhkəməsi onları Ukraynaya qarşı “aqressiv müharibə” aparmaqda təqsirli bilib. Yerofeyev və Aleksandrov bu ittihamları rədd edir.

Ölkənin şərqində rusiyapərəst qiyamçılarla Ukrayna ordusu arasında həssas atəşkəs hökm sürür.

Ötən ay Rusiya məhkəməsi iki rusiyalı jurnalistin həbsində ittiham olunan ukraynalı pilot Nadiya Savçenkoya 22 il həbs cəzası verib.

Savçenkonun saxlanılmış iki rusiyalı ilə dəyişdiriləcəyi barədə şaiyələr mövcuddur.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin deyib ki, bu məsələ ilə bağlı Ukrayna liderləri ilə əlaqə saxlanılıb.