Türkiyədən Rusiyaya viza qadağası

turkiyeTürkiyə xidməti işlə bağlı ölkəyə səfər edəcək Rusiya vətəndaşlarına viza tətbiq edib. Bu barədə Türkiyənin Moskvadakı səfirliyi məlumat yayıb. Viza tətbiqi aprelin 15-dən qüvvəyə minib.

Ümumvətəndaş və diplomatik pasportu olan Rusiya vətəndaşları üçün vizasız rejim isə hələ ki, qüvvədədir.

Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi Ankaraya qarşı cavab tədbirləri həyata keçirəcəyini bildirib.