Azərbaycanın idxal və ixracında böyük azalma davam edir

ixrac2016-cı ilin Yanvar-Mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi  3 milyard  606 milyon 542.05 min ABŞ dolları təşkil edib.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, keçən ilin müvafiq dövrünə nisbətən 37.98% azdır.

İdxal əməliyyatları üzrə 1 milyard 825 milyon 922.13 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 24.90% azalmışdır), ixrac əməliyyatları üzrə 1 milyard 780 milyon 619.92 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 47.38% azalmışdır) əməliyyat qeydə alınıb.

İxracın azalmasının səbəbi neftin qiymətinin aşağı düşməsidir.