Toni Bleir məsləhətçi gəlirlərindən vergi ödəyibmi?
“The İndependent” qəzeti yazır ki, Britaniyanın keçmiş baş naziri Toni Bleir məsləhətçi kimi aldığı milyonlarla dollarlıq qonorarı indiyədək bəyan etmədiyi trestdə saxlayırmış.
“The Times” qəzetinin apardığı təhqiqat nəticəsində belə bir iddia irəli sürülür ki, keçmiş baş nazir bunu vergidən yayınmaq məqsədilə edirmiş.
“The İndepenendent” xatırladır ki, Blair məsləhətçi kimi Azərbaycan və Qazaxıstan hökumətləri üçün işləyib.
Tony Blair-in sözçüsü qəzetlərdə yer almış iddiaları rədd edərək deyib ki, haqqında danışılan trestin yaradılmasından məqsəd vergidən yayınma olmayıb.
Lakin hakim partiyanın bəzi üzvləri bu kimi izahatla razılaşmırlar. Keçmiş kölgə daxili işlər naziri David Davies bildirib ki, cənab Blair üçün xüsusi vergi şəraitinın yaradıldığı barədə iddialar yoxlanmalıdır.
“The İndependent” yazır ki, Toni Bleir 2007-ci ildə baş nazir postunu tərk etdikdən sonra Küveyt, Azərbyacan və Qazaxıstan kimi neftlə zəngin ölkələrə məsləhətçilik edib.
Məqalədə deyilir ki, indiki iddialar Toni Bleir üçün o qədər də münasib vaxtda səslənməyib, çünki onun İraq müharibəsindəki rolunu araşdıran Chilcot hesabatı bu yaxınlarda açırqlanmalıdır. Cənab Davis deyib ki, bu hesabatın açıqlanmasını lənğitmək yolverilməzdir. Bir çox tənqidçilər Toni Bleiri 2003-cü ildə İraqa hərbi müdaxilənin başlıca təşəbbüsçüsü olmaqda ittiham edirlər. (BBC azeri)



