Məktəblərdə dərslər dayandırıldı

Dərslərin təxirə salınması şaxtalı hava şəraiti ilə bağlıdır

Şaxtalı hava şəraiti ilə bağlı Bakıdakı orta məktəblərdə dərslər təxirə salınıb. Bu barədə məlumatı ANS PRESS-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə verib. Məktəblərdə dərslər fevralın 6-na kimi dayandırılıb.
Bundan başqa təhsil nazirinin əmri ilə fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanlarıda təxirə salınıb. İmtahanların tarixi yaxın günlərdə açıqlanacaq.