Tehranda son 10 il ərzində ən yüksək səviyyəli İran-Aİ danışıqları keçirilir. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, Federica Mogherinin başçılıq etdiyi nümayəndə heyətində ittifaqın 7 komissarı təmsil olunub.
Danışıqlarda ötən il imzalanan nüvə razılaşmasından sonra həllini gözləyən məsələlər müzakirə olunmalıdır. Onlar ticarət, enerji və ekologiya məsələlərini əhatə edir.
Federica Mogherini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrana qarşı qüvvədə qalan Aİ sanksiyalarını da müzakirə edirlər.
Xanım Mogherini Tehranda keçirilən mətbuat konfransında deyib ki, insan hüquqlarına dair Aİ siyasəti İranı dialoqa və əməkdaşlıqa cəlb etmək prinsiplərinə əsaslanıb.
Məqsəd nüvə sövdələşməsi müqabilində qlobal maliyyə bazarlarına çıxış idi, İranın xarici işlər naziri mətbuat nümayəndələrinə bildirib.
Məhəmməd Cavad Zərif deyib ki, ABŞ sövdələşmə ilə bağlı öhdəliklərinə əməl edərək, maliyyə sahəsində Tehranın üzləşdiyi maneələri aradan qaldırmalıdır.

Aİ və İran rəsmiləri arasında miqrant böhranının həllinə kömək edəcək Suriyadakı müharibə barədə fikir mübadiləsi aparılıb.
(bbc azəri)