PKK Türkiyədə partlayış törətdi: ölənlər var

turkiye pkkTürkiyənin Mardin vilayətinin Savur rayonunda hərbçilərə məxsus zirehli maşının keçdiyi zaman partlayış törədilib.

“Anadolu” agentliyi xəbər verir ki, terror aktınəticəsində 4 hərbçi şəhid olub, 2-si yaralanıb.

Təhlükəsizlik qüvvələri tərəfindən bölgədə genişmiqyaslı əməliyyata başlanıb.

Şırnak vilayətində isə PKK terrorçularına qarşı davam edən əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Xəsarət alanlar Şırnak Hərbi hospitalına göndərilib.